
ABŞ-də dəniz piyadası qazisi bir qadın geyindiyi köynəyin “təhdidedici” olduğu səbəbi ilə təyyarədən endirilib.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında Ketrin Banks adlı dəniz veteranı San Fransisko Beynəlxalq Hava Limanında Delta Hava Yollarına məxsus təyyarəyə minib.
Lakin Banks stüardessa tərəfindən əlavə pul ödədiyi oturacaqdan endirilib. Nə etdiyindən xəbəri olmayan veteran əynində olan köynəyə görə təyyarədən endirildiyini öyrənib.
22 il ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edən Banksın köynəyində bu ifadələr yer alıb:
“İçinizdəki savaşa təslim olmayın. Qazilərin intiharlarına son qoyun”.
Təəccüblənən Banks Delta əməkdaşına veteran olduğunu izah edib. Banks stüardessadan “Göstərdiyiniz xidmət məni maraqlandırmır. Təyyarəyə qayıtmağın yeganə yolu indi paltarınızı çıxarmaqdır” cavabını verib.
Banks geyindiyi köynəyin qazilərə dəstək məqsədilə etdiyini, əynindən çıxararsa, bu onu alçaldar, – deyə söyləyib. Göz yaşlarına boğulan qadın: “Mənə elə gəlir ki, ruhumu aldılar. Mən pis adam deyiləm və o köynəklə özümü və qaziləri dəstəkləməmə izn verilməlidir”.
Banksın geyindiyi köynək qaziləri və onların ailələrini şərəfləndirmək üçün çalışan qeyri-kommersiya təşkilatı tərəfindən satılır. Yığılan pullar xidməti vəzifələrini yerinə yetirdikdən sonra travma almış qazilərə psixoloji dəstək üçün istifadə olunur.
Günel Həsənova