Coratda yanğın olub

  • By Günel
  • 20 Oktyabr 2024 16:26

Sumqayıt şəhərinin Corat qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info – ya verilən xəbərə görə, Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 160 m²(hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, 2-ci mərtəbəsində alçipandan ibarət tavan 24 m² sahədə və ev əşyaları 4 m² sahədə qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info