
Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi bərpa olunub.
Bu barədə Gununsesi.info -ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, Zığ dairəsi – Hava Limanı yolunda əlverişsiz hava ilə əlaqədar dünən sürət həddi endirilmişdir.
Gununsesi.info