Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi məlum olub

  • By Günel
  • 20 Oktyabr 2024 11:29

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində metiyi tapılan şəxsin kimliyi müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, meyiti tapılan şəxsin 1995-ci il təvəllüdlü, Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızı olduğu bəlli olub.
Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir. 29 yaşlı K. Cəfərovann hansı səbəbdən Samur Abşeron kanalına düşdüyü məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info