Salyanda 51 yaşlı kişi döyülərək öldürüldü

  • By Günel
  • 20 Oktyabr 2024 11:14

Salyan sakini döyülərək öldürülüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldürülüb.

Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info