
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.
Qeyd edək ki, bundan öncə Xəzər dənizində 3.1 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələ yerli vaxtla 01:02 -də, 68 km dərinlikdə qeydə alınıb.