Tokioda baş nazirin ofisinə hücuma cəhd edilib

Tokioda avtomobili baş nazirin ofisinə vurmağa cəhd edən şəxs saxlanılıb.

Gununsesi.info bildirir ki, bu barədə Kyodo məlumat yayıb.

Bildirilir ki, bundan başqa, o, ölkənin hakim partiyasının binasına beş-altı molotov kokteyli atıb.

Onlardan biri polis maşınına çırpılıb, lakin yanğın söndürülüb.

Oktyabrın 1-də Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbəri Şiqeru İşibanı ölkənin yeni baş naziri seçib.

Fumio Kişidanın baş nazir kimi ikinci müddətə namizəd olmaqdan imtina etdiyini elan etməsindən sonra seçkilər iki turda keçirilib.

Təyin olunduqdan sonra İşibu oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilərin təşəbbüskarı olub.

 

 

Gununsesi.info