
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Gununsesi.info xəbər verir ki, Prezident bu barədə “X”- də paylaşım edib.
“Dostumuz, qardaşımız: “iki dövlət, bir millət” şüarına sahib” olduğumuz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram”, – o bildirib.