
Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin əsgəri özünü güllələyib.
Gununsesi.info – nun əldə etdiyi məlumata görə özünəqəsd edən əsgər Gözəlov Novruz Fikrət oğludur.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab verən Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəisi polkovnik Firad Əliyev faktı təsdiqləyib.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olmuşdur.
Daxil olmuş məlumat əsasında Gəncə Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Firad Əliyev
Allah hərbçimizə rəhmət eləsin.