
Rusiyanın Bryansk vilayətində 7 Ukrayna PUA-sı vurulub.
Gununsesi.info xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.
Onun sözlərinə görə, PUA-lardan biri partlayan zaman qeyri-yaşayış binasının çardağında yanğın baş verib.
Hazırda yanğın söndürülüb. Heç kim xəsarət almayıb.