Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub

  • By Günel
  • 18 Oktyabr 2024 20:49

Balakəndə ölümlə nəticələnən qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Gununsesi.info