Neftçala sakini bədbəxt hadisə ilə üzləşib

  • By Günel
  • 18 Oktyabr 2024 22:43

Neftçala rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info