
Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun ləğv edilmiş rəhbəri Yəhya Sinvarın cəsədi İsrail tərəfindən Qəzza zolağından girovların qaytarılması üçün istifadə oluna bilər.
Gununsesi.info bildirir ki, bu ehtimalı CNN İsrail mənbələrinə istinadən qeyd edib.
“Həmas lideri Yəhya Sinvarın cəsədi Qəzzada saxlanılan israilli girovların azad edilməsi müqabilində sövdələşmə vasitəsi kimi istifadə oluna bilər”, – deyə nəşr yazır.
Mənbələrə görə, hərəkat rəhbərinin cəsədini Qəzzaya qaytarmağın yeganə yolu onu qaçırılan israillilərlə dəyişdirməkdir.
Qeyd edək ki, pktyabrın 17-də axşam saatlarında İsrailin dövlət telekanalı Kan Qəzzada HƏMAS rəhbərinin öldürüldüyü təsdiqləyib.