
Kollektiv Qərb ölkələri Abxaziya, Cənubi Osetiya və Gürcüstan arasında vəziyyəti qeyri-sabitləşdirmək və bununla da Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasının yekununda deyib.
“Gürcüstana qayıdışla bağlı çox ciddi problemlərdən biri Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq cəhdləridir. Qərb yenidən Abxaziya və Cənubi Osetiyada vəziyyəti qeyri-sabitləşdirmək istəyir.Gürcüstan və bu iki suveren dövlət yenidən qızışıb”, – deyə nazir bildirib.