Sabah bu ərazilərdə qaz olmayacaq

  • By ilhame
  • 25 Sentyabr 2024 20:11

Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Gununsesi.info-ya bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

 

Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info