
İsveçin ABBA qrupu Donald Tramp və onun pərəstişkarlarına seçki kampaniyasında onların musiqilərindən istifadə etməyi qadağan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə The Guardian xəbər verir.
Siyasətçi artıq Minnesotadakı mitinqdə qrupun bir neçə mahnı və videolarından istifadə edib.
Tədbir zamanı böyük ekranda The Winner Takes It All mahnısı səsləndirilib.
ABBA-nın səsyazma şirkəti olan Universal Music qrupun musiqi və ya videolarından istifadə ilə bağlı heç bir müraciət almadığını bildirib və materialın dərhal silinməsini tələb edib. ABBA-nın nümayəndələri də bu qərarı dəstəkləyiblər.
“ABBA üzvləri ilə birlikdə biz ABBA musiqisi/kliplərinin Tramp tədbirlərində istifadə edildiyini əks etdirən videoların dərc edildiyini aşkar etdik və buna görə də belə istifadənin ləğv edilməsini və silinməsini xahiş etdik” – deyə qrupun sözçüsü bildirib.
Şəbnəm
Gununsesi.info