Mehriban Əliyevadan İmaməddinlə bağlı paylaşım - FOTO

  • By Günel
  • 31 Avqust 2024 09:30

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.

Gununsesi.info – nun məlumatına görə, paylaşımda deyilir:

“Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov – qızıl medal! Türkiyə parataekvondoçusu Fatih Çelik – gümüş medal!

Hər iki idmançını təbrik edir, onlara yeni qələbələr arzulayıram! Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”

Gununsesi.info