
Şərqi Zəngəzur iqtisadi rayonuna yatırımların həcmi 4 milyard manatı ötüb.
Gununsesi.info bildirir ki, “APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən il iqtisadi rayona 4 milyard 11,13 milyon manat investisiya yatırılıb. Bu isə 2022-ci ilə nisbətən 80,7 % çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm 2 milyard 219,4 milyon manat təşkil edib.