
ABŞ Dövlət Departamenti Patriot hava hücumundan müdafiə sistemi və müvafiq avadanlıqlar üçün Hollandiyaya yeni və təkmilləşdirilmiş M903 buraxılış qurğularının planlaşdırılmış satışı barədə qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Bildirilir ki, Hollandiya hökuməti iki yeni Patriot M903 buraxılış qurğusunun, eləcə də mövcud M901-lərin M903 LS konfiqurasiyasına yüksəldilməsi üçün avadanlıq və xidmətlərin alınmasını xahiş edib.
Sifarişin təxmini dəyəri 224 milyon dollardır. Buraya həmçinin ehtiyat hissələri, təlim, proqram təminatı və logistika paketi daxil olacaq: “Satış təklifi hazırda yaranan və gələcəkdə ortaya çıxa biləcək düşmən təhdidlərinə qarşı durmaq üçün Hollandiyanın raketdən müdafiə sistemlərini təkmilləşdirmək potensialına malikdir. Hollandiya daxili müdafiəni gücləndirmək, regional təhdidlərin qarşısını almaq, koalisiya səylərinə və təhlükəsizlik əməkdaşlığına birbaşa dəstək vermək üçün genişləndirilmiş imkanlardan istifadə etmək imkanına malikdir”.
Agentlik artıq ABŞ Konqresinə nəzərdə tutulan satış barədə məlumat verərək lazımi sertifikatı təqdim edib.