Səkkiz ayda Sumqayıtda qaydaları pozan sürücülərə 58 min 62 protokol tərtib edilib

  • By Günel
  • 31 Avqust 2024 10:42

Bu ilin səkkiz ayında Sumqayıtda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib.

Daxili İşlər Nazirliyindən Gununsesi.info- ya verilən məlumata görə, bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5 min 3-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib.

Həmçinin,ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib.

 

Gununsesi.info