
Braziliya Ali Məhkəməsi X sosial şəbəkəsinin bloklanması və ölkədə fəaliyyətinin qadağan edilməsi barədə qərar qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Globo” yazır. Bundan başqa, ölkə vətəndaşlarına və şirkətlərə 50 min real cərimə təhlükəsi ilə sosial şəbəkəyə daxil olmaq üçün VPN-dən istifadə etmək qadağan edilib.
Qadağa İlon Maskın şirkəti ölkədəki nümayəndəsini təyin edənə və yığılmış cərimələri ödəyənə qədər davam edəcək.
Hüquq mübarizəsi bu ilin aprelində sosial şəbəkə rəhbərliyindən ölkənin hazırkı rəhbərliyinin hərəkətləri barədə saxta məlumatlar yayan keçmiş prezident Jair Bolsonaronun tərəfdarlarının onlarla hesabını bloklamaq tələbi ilə başlayıb.
Xatırladaq ki, avqust ayında Elon Maskın şirkəti Braziliyadakı ofisini bağlayaraq, işçilərinin “senzura”nı dəstəkləmədikləri təqdirdə həbs olunmaqla hədələndiyini bildirib.
Məhkəmənin qərarını şərh edən İlon Musk yazıb: “Söz azadlığı demokratiyanın əsasıdır və Braziliyada seçilməmiş psevdo-hakim onu siyasi məqsədlər üçün məhv edir”.
“Tezliklə biz bu hakimin cinayətlərinin uzun siyahısını dərc edəcəyik, o cümlədən Braziliya qanunlarının konkret maddələri. Aydındır ki, o, Amerika qanunlarına tabe deyil, Braziliya qanunlarına görə cavab verməlidir. O, hüquq-mühafizə orqanının əməkdaşı deyil, diktator və fırıldaqçıdır”, – deyə sosial şəbəkə sahibi əlavə edib və şirkətin loqosu olan itin hakim adı olan başqa bir itin üzünə yumurta qoyan şəklini yerləşdirib.
Günel