Tramp administrasiyası immiqrantları “yaşayan ölülər” siyahısına əlavə edib

  • By Admin2
  • 11 Aprel 2025 14:46

ABŞ-ın immiqrantları “maddi cəhətdən ölü” və “özünü deportasiya” etmək üçün onların sosial təminat nömrələrini ləğv edəcəyi iddia edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də Donald Tramp administrasiyası mühacirlərə təzyiqlərini artırır. Ağ Evin immiqrantların “özlərini deportasiya etmələrini təmin etmək” üçün onların sosial təminat nömrələrini ləğv edəcəyi iddia edilir. Tramp administrasiyası immiqrantların kredit kartlarına, bank hesablarına və digər maliyyə xidmətlərinə çıxışını kəsmək üçün tədbirlər görəcək.

New York Times (NYT) tərəfindən görülən sənədlərə və planla tanış olan insanların verdiyi məlumata görə, Tramp administrasiyası qanuni statusu olan bəzi mühacirlərin ABŞ-ı tərk etməyə məcbur etmək üçün ölkədə qalmaq üçün qanuni yolla əldə etdiyi Sosial Müdafiə nömrələrini ləğv edəcək. Bildirilib ki, burada məqsəd immiqrantların bank hesabı və kredit kartları kimi maliyyə xidmətlərinə çıxışını kəsməkdir.

Orxan

Gununsesi.info