İraqın xarici işlər naziri Hüseyn NTV-yə danışıb

  • By Admin2
  • 11 Aprel 2025 15:46

İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatiya Forumunda NTV-yə verdiyi xüsusi açıqlamada “PKK-nın özünü dağıtması üçün doğru zamandır” deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatiya Forumunda NTV telekanalına xüsusi açıqlamalar verib.

Dəniz Kilislioğlunun suallarını cavablandıran iraqlı nazir İmralının çağırışından DAİŞ-lə mübarizə və regional enerji layihələrinə qədər bir çox mövzuda açıqlamalar verib. İraqlı nazir “PKK-nın özünü dağıtması üçün doğru zamandır” deyən Türkiyəyə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

İmralıdan silahı yerə qoyma və PKK-nı dağıtma çağırışını da dəyərləndirən Hüseyn, “Türkiyədə başlayan bu prosesin əhəmiyyətli bir proses olduğunu və Türkiyə cəmiyyəti və Türkiyə siyasəti üçün birinci sırada olduğunu düşünürəm. Amma bu həm də İraq və Türkiyə arasında mövcud olan yaxşı əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli bir prosesdir, lakin bütün bölgə üçün həqiqətən əhəmiyyətli bir prosesdir, məncə keçmişdən fərqli şərtlərdir”.

Orxan

Gununsesi.info