
Cənubi Koreyada hərbi vəziyyət elan olunduğu üçün prezidentlikdən uzaqlaşdırılan Yoon rəsmi iqamətgahından mənzilə köçüb. Yoon və həyat yoldaşı Qanqnamda yaşayacaqlar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Milli Assambleya onun prezident vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdikdən sonra Yoon Suk Yeol öz rəsmi iqamətgahını həyat yoldaşı ilə birlikdə tərk edərək, impiçment qərarı Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra paytaxt Seulun dəbdəbəli Qanqnam rayonundakı mənzilə köçüb.
Cütlüyün 11 it və pişiyi ilə yaşayacağı, evlərinin Yuonun siyasətə başlamazdan əvvəl işlədiyi prokurorluğun yaxınlığında olduğu bildirilib. Həyat yoldaşı ilə birlikdə heyvan sevgisi ilə tanınan Yoonun dövründə Cənubi Koreyada it ətinin istehlakı və satışı qadağan edilib. Bildirilib ki, prezidentliyə ilk başlayanda dörd iti və üç pişiyi olan Yoon və həyat yoldaşı 164 kvadratmetrlik evlərində 11 ev heyvanı ilə yaşayacaqlar.
Orxan