Şəki Apellyasiya Məhkəməsinə hakim təyinatı təsdiqləndi

Milli Məclisdə Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb.

Gununsesi.info xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Qərar layihəsinə əsasən, vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev və Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi təklif olunub.
Sonda məsələ səsə qoyularaq təsdiq edilib.