ABŞ-dən deportasiya edilən 178 venesuelalı miqrant ölkələrinə gəlib

  • By Günel
  • 11 Aprel 2025 10:53

ABŞ tərəfindən deportasiya edilən 178 venesuelalı qeyri-qanuni miqrant ölkələrinə gəlib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelnın Conviasa aviaşirkətinə məxsus təyyarə 178 venesuelalı miqrantı Maiketiadakı Simon Bolivar beynəlxalq hava limanına gətirib.

VTV (Vyetnam Televiziyası-red.) dövlət televiziyasına danışan daxili işlər naziri Diosdado Kabello ölkəyə gətirilən mühacirlərdən 162-nin kişi, 16-nın qadın olduğunu bildirib.

Kabello gətirilənlər arasında İnterpol tərəfindən “qırmızı bildiriş”lə axtarışda olan bir nəfərin olduğunu və bu şəxsin Venesuelada qətlə görə axtarışda olduğunu da bildirib.

ABŞ ilə əməkdaşlıq davam etdiyi müddətcə geri dönüşlərin də davam edəcəyini qeyd edən Kabello bildirib:

“Bu təyyarələr uçduqca, venesuelalılar harada olurlarsa olsunlar geri dönəcəklər. Dönüş uçuşlarının xərcləri təkcə səyahətlə məhdudlaşmır. Eyni zamanda təyyarələrin baxımı da ciddi səy tələb edir”.

Venesuela hakimiyyətinin məlumatına görə, 2018-ci ildə başlanan, ABŞ, Meksika və Honduras kimi ölkələrlə koordinasiyalı şəkildə həyata keçirilən Vətənə Qayıdış Proqramı çərçivəsində fevral ayından bəri 2368 venesuelalı öz ölkələrinə qayıdıb.

Günel Həsənova

Gununsesi.info