
ABŞ Prezidenti Donald Tramp Meksikanın Texasa su tədarükü ilə bağlı 1944-cü il müqaviləsini pozduğuna görə tarifləri sərtləşdirmək və ona qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“Meksika müqavilənin şərtlərinə əməl edənə və Texası su ilə təmin edənə qədər biz tariflər və bəlkə də sanksiyalar da daxil olmaqla, nəticələri sərtləşdirməyə davam edəcəyik”, – o deyib.
Tramp vurğulayıb ki, Meksika 1944-cü il Su Müqaviləsinə əsasən, Texasa 1,3 milyon akr-fut su borcludur və öz öhdəliklərini pozur. Bu, 2024-cü ildə Texasdakı yeganə şəkər zavodunun bağlanmasına səbəb olub.