
İsrail Xan Yunis və Beyt Lahiyaya hücumlarda 12 nəfəri öldürüb. İsrail mediası yeni atəşkəs təklifində irəliləyişin əldə oluna biləcəyini yazıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 10-u eyni ailənin üzvü olmaqla azı 12 nəfərin həlak olduğu bildirilir.
Fələstinin rəsmi xəbər agentliyi WAFA, Qəzzanın cənubunda Xan Yunus və Qəzzanın şimalında Beyt Lahya bölgələrinə edilən hücumlarda 12 nəfərin öldüyünü açıqlayıb.
İsrail təyyarələrinin Xan Yunusda Əl-Fera ailəsinə məxsus evi bombaladığı və ailənin 10 üzvünün həyatını itirdiyi bildirilib. Beyt Lahyanın qərbində, Atatra bölgəsində fələstinlilərin toplandığı nöqtəyə İsrail ordusuna aid silahlı pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 2 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilib.
Orxan