“Ekol Tv” İlham Əliyevin Antalya görüşlərindən xəbər yayıb - Video

Xəbər verdiyimiz kimi Aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

“Ekol Tv” Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatik Forumunda keçirdiyi görüşlər barədə xəbər yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak edəcək.

@gununsesi.info

Ekol Tv İlham Əliyevin Antalya görüşlərindən xəbər yayıb

♬ оригинальный звук – Gununsesi.info