ABŞ-nin Ukraynadakı səfiri istefa verdi - YENİLƏNİB

  • By Günel
  • 10 Aprel 2025 23:17

Ukraynadakı ABŞ səfiri etiraz əlaməti olaraq istefa verib.

Gununsesi.info xəbər verir ki, CBS News məlumat yayıb ki, səfir hələ Trampın andiçməsindən dərhal sonra istefa verib, amma o zaman istefası qəbul olunmayıb. Xanım Brink Tramp hökumətinin Ukrayna ilə bağlı siyasətini yanlış sayır və buna istefası ilə etiraz edir.

***

ABŞ Dövlət Departamenti Bricit Brinkin istefa verməsi ilə bağlı xəbərləri təsdiqləyib. 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink  istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin məlumatına görə, səfir könüllü olaraq istefa verib. Bunun Vaşinqton və Kiyevin münasibətlərinə yeni anlaşılmazlıq gətirəcəyi gözlənilir.

Yeni səfirin kim olacağı hələlik məlum deyil.

 

Gununsesi.info