
34 yaşlı sosial media fenomeni Keti Mey həkim-şiroterapinin səhv müdaxiləsi nəticəsində həyatını itirib. Qadının ölümü şiroterapi baxımının təhlükəsizliyi ilə bağlı müzakirələrə səbəb olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, boynunda əsəb sıxan Keti Mey ağrısını dindirmək üçün həkimə müraciət edib. Lakin müalicə zamanı yanlış müdaxilə gənc qadının damarının qopmasına səbəb olub. İnsult keçirən Keti Mey təcili xəstəxanaya çatdırılsa da, bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Sosial media fenomeninin faciəvi ölümü ABŞ-da böyük səs-küy yaratdı.
Professor Edzard Ernst Daily Mail-ə deyib: “30 illik tədqiqatımda şiroterapi baxımı zamanı sağlamlıq problemlərinin düşündüyümüzdən daha çox rast gəlindiyini aşkar etdim”.
Ekspert sözlərini belə davam etdirib:
“Əvvəlcə mən şiroterapi müalicəsini şübhə altına almadım. 1980-ci illərin əvvəllərində Almaniyada rezident həkim kimi təhsil alarkən, bel ağrısı üçün onurğa manipulyasiyası üsullarını öyrəndim və biz bu üsulları Vyana Universitetində tətbiq etdik. Amma 1993-cü ildə Exeter Universitetində tamamlayıcı tibb şöbəsinin müdiri olanda, bu müalicələrin arxasında çox təəccüblü olan elmi sübutlarla rastlaşdım.”
Orxan