Serdar Kılıç Ruben Rubinyanla danışıqlar apardı

  • By Admin2
  • 11 Aprel 2025 15:42

Türkiyə və Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşması üzrə danışıqlarda xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında görüş keçirilib.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

R.Rubinyanın sözlərinə görə, S.Kılıçla Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair danışıqlar müsbət keçib.

Gununsesi.info