İsrail əsgərləri Netanyahuya müharibə elan edir

  • By Admin2
  • 11 Aprel 2025 14:49

Yüzlərlə İsrail əsgəri birgə məktub yazaraq hökuməti Qəzzada döyüşləri dayandırmaq olsa belə, girovları xilas etməyə çağırıb. Akademiklər və həkimlər də məktubu dəstəkləyiblər. “Bu alaq otları İsrail dövlətini zəiflətməyə çalışır”, – Netanyahu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, İsrail mediası xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən (IDF) min Hərbi Hava Qüvvələri əsgəri birgə məktub yazaraq hökuməti girovların xilas edilməsinə icazə verməyə çağırıb, hətta bu Qəzzada döyüşləri dayandırmaq mənasına gəlsə belə.

Çağırış akademiklər və hərbi həkimlər tərəfindən də dəstəklənib.

İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, ali təhsil ocaqlarının 1900-ə yaxın professor-müəllim heyəti Hərbi Hava Qüvvələri üzvlərinin dərc etdiyi məktubu dəstəkləyən petisiya imzalayıb.

İsrail ordusunun radiosunun məlumatına görə, hərbi həkimlər müharibənin davam etdirilməsinin və Qəzzada israilli əsirlərin tərk edilməsinin tibbi dəyərlərlə bir araya sığmadığını bildiriblər.

Məktubun hələ dərc edilmədiyi, imzaların toplanması və təşəbbüsün hələ təşkilatlanma mərhələsində olduğu qeyd edilib.

Bildirilib ki, təşkilatçılar “xidmətdən imtina” ilə bağlı çağırış etmirlər və yaxın günlərdə daha çox həkimin məktubu imzalayacağı gözlənilir.

Orxan

Gununsesi.info