Husilərin hesabı “X” sosial şəbəkəsindən silindi

  • By Günel
  • 11 Aprel 2025 08:24

“X” sosial şəbəkəsinin rəhbərliyi Yəmənin Husilər hərəkatının silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Səriyanın bir milyondan çox abunəçisi olan hesabını silib.

Gununsesi.info xəbər verir ki, indi onun hesabına daxil olanda “hesabınız sosial şəbəkə qaydalarını pozulduğuna görə dayandırılıb” mesajı ilə boş qara səhifə açılır.

Səriya hər gün “X”də Husi ordusu adından ABŞ və İsrail gəmilərinə qarşı hərbi əməliyyatlar və İsraildəki hədəflərə zərbələr endirilməsi ilə bağlı bəyanatlar dərc edirdi.

Gununsesi.info