
Əkrəm İmamoğluna “Əkrəm abi, hər şey çox gözəl olacaq” deyə səslənməsi ilə tanınan Berkay Gezgin azadlığa buraxılıb.
Gununsesi.info xəbər verir ki, onun və daha 101 nəfərin azad edilməsi barədə İstanbul Məhkəməsi qərar verib.
Həmçinin 25 təqsirləndirilən şəxsin ev dustaqlığı qərarı da ləğv edilib.
Qərarda göstərilir ki, bu cinayət işi üzrə ümumilikdə 139 təqsirləndirilən şəxs var, onların 102-si həbsdə, 25-i isə ev dustaqlığında olub.
Azadlığa buraxılma qərarında təqsirləndirilən şəxslərin həbsdə keçirdikləri müddət, əksəriyyətinin tələbə olması, təhsil həyatlarının davam etməsi, bəzilərinin səhhətində problemlər və qaçma risklərinin olmaması nəzərə alınıb.
Gezgin 2019-cu ildə İstanbul Böyükşehir Bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun avtobusuna səslənərək “Əkrəm abi, hər şey çox gözəl olacaq!” demişdi.
İmamoğlu sonradan bu sözləri seçim şüarı kimi istifadə edib.
Martın 19-da Türkiyənin müxtəlif şəhərlərində İmamoğlunun həbsindən sonra etirazlar baş verib. Aksiylar zamanı mindən çox şəxs saxlanılıb.