Şəraa Suriyadakı zorakılıqları araşdırmaq üçün əlavə vaxt verir

  • By Admin2
  • 11 Aprel 2025 15:18

Suriya prezidenti mart ayında Latakiya və Tartusda baş verən hücumlar və qarşıdurmalarla bağlı araşdırma komissiyasına hesabat hazırlamaq üçün daha üç ay vaxt verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriya prezidenti Əhməd Şəra mart ayında Latakiya və Tartusda təhlükəsizlik qüvvələri ilə devrilmiş Bəşər Əsədə sadiq qruplar arasında baş verən toqquşmaları araşdırmaq üçün yaradılmış təhqiqat komissiyasına hadisələrlə bağlı hesabat hazırlamaq üçün verilən müddəti üç ay uzadıb. Bildirilib ki, komissiya Şərə əlavə vaxt istəyib və o, bu tələbi qəbul edib.

Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, qarşıdurma zamanı əksəriyyəti ələvi olan ən azı 1383 mülki şəxs həlak olub. Daha sonra Şəra hadisələrlə bağlı hesabat hazırlamaq üçün istintaq komitəsinə 30 gün vaxt verib. Hesabat cinayətkarları müəyyən etməyə və onların əməllərinə görə məsuliyyətə cəlb etməyə kömək etmək məqsədi daşıyırdı.  Suriya prezidenti Əhməd Şəra cümə axşamı günü axşam saatlarında dərc etdiyi qərarda komissiyanın işini başa çatdırmaq üçün vaxt tələb etdiyini və o, üç aylıq müddətin uzadılmasını verdiyini bildirib. Komissiya bundan əvvəl heç kimin qanundan üstün olmadığını və günahkarların məhkəmə qarşısında cavab verəcəyini bildirmişdi. Komissiya sözçüsü Yasir Ferhan keçən ay jurnalistlərə açıqlamasında komissiya üzvlərinin hücumların və toqquşmaların baş verdiyi sahil bölgələrində şahidlərlə danışdıqlarını və hələ gedəcəkləri iki şəhər olduğunu söylədi.  Amnesty İnternational-ın Suriya üzrə tədqiqatçısı Diana Semaan məsələ ilə bağlı qiymətləndirmə apararaq, komissiyaya “hərtərəfli araşdırma aparmaq üçün kifayət qədər vaxt, çıxış və resursların təmin edilməsi lazım olduğunu” deyib.

Orxan

Gununsesi.info