Hudson çayında helikopterin qəzaya uğraması 5 nəfərlik ailənin həyatına son qoyub

  • By Admin2
  • 11 Aprel 2025 09:53

Səlahiyyətlilər, Nyu-Yorkda bir turist ailəsini daşıyan helikopterin Hudson çayına düşməsi nəticəsində üçü uşaq olmaqla altı nəfərin həlak olduğunu bildirib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Nyu-York meri Erik Adams cümə axşamı jurnalistlərə bildirib ki, beş nəfərlik ailə İspaniyadan, altıncı şəxs isə pilotdur.

Qəza zamanı helikopterdə olanların hamısı ölüb.

Adams, “Ürəyimiz ailələrin yanındadır”deyib.

Nyu-York polis komissarı Jessica Tisch, ailələrinə məlumat verilməyənə qədər qurbanların şəxsiyyətlərinin açıqlanmayacağını söylədi.

Qəzanın səbəbləri araşdırılır.

Orxan

Gununsesi.info