“Real”ın sabiq baş məşqçisi vəfat edib

  • By Günel
  • 10 Aprel 2025 22:45

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Leo Benhakker vəfat edib.

Gununsesi.info xəbər verir ki, niderlandlı mütəxəssis 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, “Kral klubu” Benhakkerin rəhbərliyi altında ardıcıl üç dəfə (1987-1989) ölkə çempionu olub. Həmçinin Madrid təmsilçisi İspaniya Kubokunu və Superkubokunu qazanıb.

O, Niderland, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo və Polşa milli komandalarını çalışdırıb.

Gununsesi.info