“Atamın sudurqası tutub” - Taksi sürücüsünün oğlu

Xəbər verdiyimiz kimi, Bakıda taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun “Bakmil” stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb.

Gununsesi.info xəbər verir ki, onun oğlu Nəcəfov Elvinin sözlərinə görə, atasının epilepsiya (sudurqa) xəstəliyi var.Hadisə baş verən zaman onun sudurqası tutub və bu, qəzaya səbəb olub.
“Atam Nəcəfov Anarın sudurqası var, sükan arxasında olarkən sudurqası tutub, qəza bu səbəbdən baş verib.Atam Sabunçu xəstəxanasındadır, vəziyyəti ağırdır, iki ayağı da sınıb.Evimizin tək çörək gətirəni atamdır.
Atamın ayağındakı elektron qandal isə banka olan borcumuzu ödəyə bilmədiyimiz üçün məhkəmə qərarı ilə vurulub.Xahiş edirəm, kimin nəyə gücü çatsa, bizə kömək edin.
4098 5844 6019 9662
Leo Bank.
Oğlu: Nəcəfov Elvin”