Britaniya səfiri Naxçıvana gedib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Naxçıvana səfər edib.

Gununsesi.infobildirir ki, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli ilə görüşən səfir X hesabında bunları yazıb:

“Naxçıvana ilk işgüzar səfərim zamanı Prezidentin Xüsusi Nümayəndəsi Fuad Nəcəfli ilə görüşmək xoş oldu. Naxçıvanın sosial-iqtisadi inkişafı və enerji potensialı ətrafında mövzulara toxunduq. Münasibətlərimiz insan kapitalının inkişafına dəstək vasitəsilə də böyüməyə davam edir”.

 

 

Gununsesi.info