NATO ölkələrinin Ukrayna hərəkəti

  • By Admin2
  • 11 Aprel 2025 12:41

Almaniyanın müdafiə naziri bəyan edib ki, bir neçə NATO ölkəsi “elektromaqnit müharibəsi” imkanları ilə Ukraynaya dəstək vermək üçün koalisiya yaradıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna Müdafiə Təmas Qrupu toplantısından əvvəl Belçikanın paytaxtı Brüsseldə jurnalistlərə açıqlama verib.

Pistorius bəyan edib ki, bir neçə NATO ölkəsi “elektromaqnit müharibəsi” imkanları ilə Ukraynaya dəstək vermək üçün koalisiya yaradır.

Almaniya və müttəfiqlərinin Rusiyanın davam edən hücumlarına cavab olaraq Ukraynaya dəstəyini artıracağını bildirən Pistorius, “Ukraynaya təkcə bu gün deyil, həm də müharibədən sonrakı dövr üçün hərbi imkanlarını inkişaf etdirməyə kömək edirik” deyib.

“Almaniya indiyədək on tərəfdaşı ilə doqquzuncu koalisiya yaradıb. Bu koalisiya elektromaqnit müharibəsinə diqqət yetirir. Bu koalisiya öz rabitəmizi təmin etmək, kəşfiyyat aparmaq, düşmən rabitəsini pozmaq və pilotsuz təyyarələrdən müdafiəni əhatə edir”, – deyə Pistorius bildirib.

Orxan

Gununsesi.info