Altı ölkə öz qoşunlarını Ukraynaya göndərə bilər

  • By Günel
  • 10 Aprel 2025 23:35

Geniş beynəlxalq koalisiyaya daxil olan təxminən altı ölkə Ukraynaya hərbi yardım göstərməyi nəzərdən keçirərək, öz qoşunlarını onun ərazisinə göndərməyə hazır olduqlarını bildiriblər.

Bu barədə Gununsesi.info – ya “AFP”yə istinadən xəbər verir.

Qeyd olunub ki, bu ölkələrə Böyük Britaniya, Fransa və bir sıra Baltikyanı ölkələr daxildir. Koalisiyaya daxil olan ölkələrin ümumi sayı 30-a yaxındır.

Agentlik vurğulayıb ki, ABŞ-nin Rusiya ilə bağlı planları və münaqişənin həllinin mümkün yolları barədə aydın anlayışının olmaması Avropa ölkələrinin üzləşdiyi ciddi problemdir.

Gununsesi.info