Tovuzda əməliyyat keçirilib, vəkillər saxlanılıb -Foto

  • By ilhame
  • 27 Avqust 2024 23:01

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Tovuz Rayon Vəkil Bürosunda əməliyyat keçirib.

 

Gununsesi.info-nun məlumatına görə, əməliyyatla büronun müdiri Abdullayev Rəşad Tapdıq oğlu və bir vəkil saxlanılıb.

Vəkillər vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. Hələ ki, əməliyyatın detalları barədə rəsmi məlumat verilməyib.

Gununsesi.info