Premyer Liqa klubu Fərdi Kadıoğlunun transferini rəsmən açıqlayıb

  • By ilhame
  • 27 Avqust 2024 22:54

İngiltərənin “Brayton” klubu türkiyəli futbolçunu transfer etdiyini açıqlayıb.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-mavilər” “Fənərbağça”dan ayrılan Fərdi Kadıoğlunu heyətinə qatıb.

 

24 yaşlı sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, “Fənərbağça”nın heyətində 6 mövsü keçirən Kadıoğlu, 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Fərdi 2023-cü ildə “sarı-lacıvərdlilər”lə Türkiyə kubokunu qazanıb.

Gununsesi.info