Məşhur qolkiper karyerasını başa vurdu

  • By Günel
  • 27 Avqust 2024 17:24

Məşhur qolkiper Voytsex Şensnı karyerasını başa vurub.

Gununsesi.info xəbər verir ki, 34 yaşlı qapıçı bu barədə İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, həyat yoldaşı və 2 övladına daha çox vaxt ayırmaq üçün bu addımı atıb.

Qeyd edək ki, Voytsex Şensnı 2017-ci ildən “Yuventus”un formasını geyinib.

Polşalı qapıçı İtaliyada “Roma”, İngiltərədə “Arsenal” kimi klubların da şərəfini qoruyub.

 

Gununsesi.info