FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi olub

  • By Günel
  • 27 Avqust 2024 14:35

25-26 avqust 2024-cü il tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yarışda müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb.

Qaliblərə – Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Pərviz Səmədov və Tərxan Cəbrayılova Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi olub
Gununsesi.info