Bərdədə qəbirstanlıqda qətl hadisəsi törədilib

  • By ilhame
  • 27 Avqust 2024 22:34

Saat 21 radələrində Bərdə rayonunun ərazisindəki qəbristanlıqda 2002-ci il təvəllüdlü Hüseynov Bəhmən Bəxtiyar oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

 

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info