
“Qərb dünyadakı reallıqları öz maraqları xətrinə dəyişir”.
Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Teleqramın həmtəsisçisi Pavel Durovun həbsini şərh edərkən deyib.
“Bir neçə il öncə belə vəziyyəti təsəvvür etmək çətin idi. İndi isə onun saxlanması və Teleqramın Qərb dünyasında fəaliyyətini dayandırmasını tələb etmək normal hala çevrilib. Her şey dəyişir və bu, onların maraqlarına görə baş verir”, – A.Vuçiç bildirib.
Qeyd edək ki, Pavel Durov bir neçə gün öncə Azərbaycandan qayıdarkən Paris hava limanında saxlanılıb. Qərb mətbuatı onun Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtinası etdiyi üçün saxlanıldığını yazıb.
Gununsesi.info