Putin Kiyevə səfərindən danışdı

  • By Günel
  • 27 Avqust 2024 15:23

Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Bildirilir ki, söhbət zamanı Modi Putini Kiyevə bu yaxınlarda həyata keçirdiyi səfəri barədə məlumatlandırıb.

Putin isə öz növbəsində Rusiyanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini bildirib, Kiyev və Qərbin mövqeyini destruktiv adlandırıb.

Bununla yanaşı, tərəflər iki ölkənin gündəliyində olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, N.Modi avqustun 23-də Kiyevə səfər edib və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Gununsesi.info