Beynəlxalq birlik dünyada nüvə silahından azad yeni zonalar yaratmalıdır

  • By ilhame
  • 27 Avqust 2024 13:53

Beynəlxalq birlik dünyada nüvə silahından azad yeni zonalar yaratmalıdır.

 

Gununsesi.info-nun məlumatına görə, bunu BMT baş katibinin tərksilah məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu nüvə silahından azad zonalar arasında əməkdaşlığın gücləndirilməsinə dair beynəlxalq konfransda deyib.

 

“Arktika, Şimal-Şərqi Asiya və Mərkəzi Avropa kimi regionlarda zonaların yaradılması səyləri təşviq edilməlidir. Yaxın Şərqdə yeni zonanın yaradılması prioritet olaraq qalmalıdır”, – BMT nümayəndəsi bildirib.

 

O əlavə edib ki, məhz Qəzzada davam edən məhvedici humanitar böhran və Yaxın Şərq regionunda münaqişənin kəskinləşməsi riski belə bir zonanın yaradılmasının aktuallığını və vacibliyini vurğulayır.

Gununsesi.info